19:06
8°C
Bakı
İranda keçirilən etiraz aksiyalarına dəstək verdiyi üçün Qum şəhərində yaşayan məşhur iş adamı Məhəmməd Səidiniya saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə Qum əyalətinin prokurorluğu məlumat yayıb.
Məlumata görə, iş adamı bir neçə gün əvvəl etirazçılara dəstək paylaşımı etdiyinə görə həbs edilib.
Qeyd edək ki, Məhəmməd Səidiniya İranın müxtəlif bölgələrində olan çoxsaylı kafe və şirniyyat evləri şəbəkəsinin sahibidir.