Ukrayna və müttəfiqlərinin koordinasiyalı səyləri nəticəsində Rusiyanın “kölgə donanması”na məxsus gəmilərinin ən azı 20%-i dayandırılıb.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında məlumat verib.
O qeyd edib ki, Rusiya yeni tankerlərdən istifadə etməklə bu itkini kompensasiya etməyə çalışır.
“Bütün tankerlər sanksiya siyahısına salınmalıdır. Biz tankerlərin ekipajlarına, kapitanlara, sığortaçılara və ümumilikdə “kölgə donanması”nın bütün strukturuna sanksiyalar qoymağa davam edəcəyik. Rusiyanın dəniz yolu ilə neft ixracatına qoyun məhdudiyyətlərin bu ölkənin illik gəlirlərinin azı 30 milyard dollar azaldacağı gözlənilir”, - Zelenski bildirib.
Ukrayna lideri həmçinin, Çin şirkətlərinin Rusiyaya sanksiyalardan yayınmağa kömək etmək üçün yeni planları barədə müttəfiq ölkələrin məlumatlandırılacağını ifadə edib.