18:42
8°C
Bakı
Qazaxıstan Qara dənizdə kamikadze dronları tərəfindən hücuma məruz qalan neft tankerlərinin özünə məxsus olduğunu təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə “Sputnik Kazakstan” “KazMunayQaz” milli şirkətinə istinadən məlumat yayıb.
Bildirilib ki, “Matilda” tankerinə edilən hücum nəticəsində yanğın baş vermədən partlayış qeydə alınıb. Ekipaj üzvləri arasında xəsarət alan yoxdur. Neft tankeri üzmə qabiliyyətini saxlayır, ciddi zədələnmə qeydə alınmayıb.