ABŞ İrana müdaxilə etsə, fəlakət olacaq - Koltaşov
Dünya
442
16:40, Bu gün

ABŞ İrana müdaxilə etsə, fəlakət olacaq - Koltaşov

ABŞ-ın İrana müdaxilə cəhdləri fəlakətlə nəticələnəcək.

Moderator.az xəbər verir ki, bunu rusiyalı politoloq və iqtisadçı Vasili Koltaşov deyib.

O, 1970-ci illərin sonlarında ABŞ-ın dəstəyi ilə İraqın hücumunu və bu hücumun iranlıların səfərbərliyinə, uzun sürən münaqişəyə səbəb olduğunu xatırladıb:

“Əgər Tramp indi İran məsələsinə qarışsa, bu, fəlakətlə bitəcək. Etiraz hisslərinə və ruhani hakimiyyətindən yorğunluğa baxmayaraq, İran cəmiyyətində güclü antiamerika hissləri qalmaqdadır. İranlılar Amerika müstəmləkəsi olmaq, amerikalıların gəlib neftlərini götürmələrini istəmirlər. Etirazçılar iqtisadi islahatlar, dünyəvi dövlət və şəxsi həyat azadlığı istəyirlər, lakin xarici nəzarət yox. Mövcud hadisələrin ən çox ehtimal olunan nəticəsi daxili islahatlar olacaq”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər