Ukraynanın müdafiə naziri Denis Şmıqal vəzifəsindən azad edildi
Dünya
191
16:12, Bu gün

Ukraynanın müdafiə naziri Denis Şmıqal vəzifəsindən azad edildi

Ukraynanın Ali Radası müdafiə naziri Denis Şmıqalın istefasını qəbul edib.

Moderator.az TASS-a istinadən xəbər verir ki, 265 deputat qərarın lehinə səs verib. İstefanın qəbul edilməsi üçün 226 səsə ehtiyac olub.

Əvvəllər Ukraynanın baş naziri vəzifəsində çalışan Şmıqal Ali Radanın 2025-ci ilin iyulun 17-də çıxardığı qərarı ilə müdafiə naziri təyin edilmişdi. O bu vəzifədə Rustem Umerovu əvəzləmişdi.

Xatırladaq ki, yanvarın 3-də Ukrayna lideri Volodimir Zelenski Şmıqalın baş nazirin müavini və energetika naziri vəzifələrinə namizədliyini irəli sürüb.

Şmıqalın təyinatı hələlik qanunvericilər tərəfindən müzakirə olunmayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər