Luvrdakı qarət hadisəsi ilə bağlı yeni detallar ortaya çıxdı
Dünya
383
16:11, Bu gün

Luvrdakı qarət hadisəsi ilə bağlı yeni detallar ortaya çıxdı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Luvrdakı qarət hadisəsi ilə bağlı həbs olunan kişilərdən birinin üzərində qızılı müəyyən etmək üçün əyar daşları tapıblar.

Moderator.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Müstəntiqlər şübhəlilərdən biri olan Slimane K.-nın üzərində velosiped saxlama otağının açarını tapıblar. O, Luvr qarətindən sonra ora gedibmiş. Hüquq-mühafizə orqanlarının əməkdaşları otaqda cilalama qurğusu, perforator, radiomayak detektoru, maneə ötürücü, çilingər alətləri və əyar daşları aşkarlayıblar.

Ötən ilin oktyabrında işçi paltarı geyinmiş naməlum şəxslər avtokran vasitəsilə Luvr muzeyinə daxil olublar və cəmi bir neçə dəqiqə ərzində Napoleonun kolleksiyasından təxminən 88 milyon avro dəyərində zərgərlik əşyaları, o cümlədən boyunbağı, sancaq və tac oğurlayıblar. Oğrular qaçış zamanı İmperatriça Yevgeniyanın 1 354 brilyantla bəzədilmiş tacını yerə salıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər