Almaniya Kansleri: İranda hakimiyyət son günlərini yaşayır
Dünya
378
16:08, Bu gün

Almaniya Kansleri: İranda hakimiyyət son günlərini yaşayır

İrandakı mövcud hakimiyyət süqutun astanasındadır.

Moderator.az "Tagesschau"ya istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Hindistana səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hakimiyyət son günlərini və həftələrini yaşayır.

"Yalnız zorakılıq hesabına hakimiyyətdə qala bilən rejim əslində artıq məhvə məhkumdur", - kansler vurğulayıb.

O, həmçinin İran təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə qarşı hərəkətlərini pisləyib və ölkə rəhbərliyini vətəndaşları qorxutmağa deyil, qorumağa çağırıb.

Almaniya XİN başçısı Yohann Vadefuhl da İran rəhbərliyini sərt tənqid edib və Tehrana qarşı sanksiya təzyiqinin gücləndirilməsinə çağırıb.

Vadefuhl bildirib ki, Berlin sanksiyaların genişləndirilməsinə, o cümlədən İran rəhbərliyinin Aİ-nin sanksiya siyahısına daxil edilməsinə çalışacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər