Böyük oyun başladı: Müharibə qaçılmaz oldu – dəhşətli ssenari işə düşür?
Dünya
830
15:15, Bu gün

Böyük oyun başladı: Müharibə qaçılmaz oldu – dəhşətli ssenari işə düşür?

Trampın Qrenladiya arzusunun əsl səbəblər üzə çıxdı. ABŞ, Rusiya və Çin bu məkanda artıq faktiki olaraq “üçbucaqlı güc müharibəsi”nə başlayıb. Qrenlandiya isə bu böyük oyunun mərkəzində yerləşir: ABŞ üçün Şimali Atlantikə və Arktikaya nəzarətin açarı, Rusiya üçün strateji təhdid, Çin üçün isə gələcək logistika və xammal qapısıdır. Maraqlı olan odur ki, Vaşinqton bu planı Avropaya zorla deyil, siyasi sövdələşmə ilə qəbul etdirmək niyyətindədir. ABŞ Avropanın Qrenladiyadan imtina etməsi üçün Ukrayna və NATO kartından necə istifadə edəcək? Ukraynanın təhlükəsizlik zəmanətləri qarşılığında Qrenladiya alınacaq?
Moderator.az-a danışan politoloq Fuad Abbasov bildirib ki, Trampın Qrenlandiya ilə bağlı açıqlaması ABŞ-ın bu bölgədəki planlarının yekun mərhələsini göstərir:
 
“Biz bir daha şahid oluruq ki, Amerikada hakimiyyətə kim gəlirsə-gəlsin – istər respublikaçılar, istər demokratlar – ölkənin strateji xarici siyasəti hər iki partiyanın ən başlıca prioritetidir. Mən belə hesab edirəm ki, bu siyasət dörd il əvvəl başlamış planların davamıdır. Rusiyanın Ukraynaya hərbi hücumu isə ABŞ-ın Qrenlandiyanı strateji təsir zonası kimi istifadə etmək niyyəti ilə əlaqədardır. Ağ ev rəhbəri  bir müddət əvvəl  Ukraynaya hərbi və maddi yardımın dayandırıldığını açıqlayaraq, Avropa ilə Rusiyanı üz-üzə qoydu.  O belə demişdi: “Özünüz qərar verin, mən qarışmıram,  Ukraynaya hərbi yardımı saxlayıram”.
Qrenlandiya məsələsi ortaya çıxanda isə Tramp, Avropa ölkələrinə mesaj göndərdi ki, əgər Ukrayna müharibəsində Rusiya ilə təkbaşına üzləşmək istəmirsinizsə və ABŞ-dan həm maliyyə, həm hərbi, lazım olsa nüvə dəstəyi almaq istəyirsinizsə, o zaman Qrenlandiyanın ABŞ-a verilməsinə razı olmalısınız. Bu, Avropaya göndərilən açıq mesajdır.
Eyni zamanda, Tramp NATO-nu da davamlı tənqid edir. O, hər dəfə bildirir ki, digər ölkələrin hərbi sənayelərə pul yatırmasına ehtiyac yoxdur və özünüzü qoruyun, Rusiya ilə və digər məkanlarda özünüz mübarizə aparın. Bu kontekstdə Tramp Avropa ölkələri qarşısında məqsəd qoyur: əgər NATO çərçivəsində əməkdaşlığı davam etdirmək və Rusiyaya qarşı birlikdə hərəkət etmək istəyirsinizsə, Qrenlandiyanın ABŞ-a verilməsinə razı olmalısınız”".
 
Politoloq əlavə edib ki, Tramp  hər yolla Qrenlandiyanı ələ keçirməyə çalışır: 
 
“Amerikada yeni bir deviz meydana gəlib – “Make Greenland Great Again” (Qrenlandiyanı yenidən möhtəşəm etmək) və bununla bağlı qanun müzakirəyə çıxarılıb. Bu qanuna əsasən, 2026-cı ilin əvvəlindən başlayaraq, Danimarkanın Qrenlandiyaya ayırdığı illik 600 milyon dollarlıq büdcəni ABŞ öz üzərinə götürəcək. Bundan başqa, Qrenlandiyanın təhvil verilməsi üçün 10–100 milyard dollar arasında təzminat məbləği nəzərdə tutulur. Bu addımlar həyata keçirildikdən sonra Qrenlandiya ABŞ-ın təsir dairəsinə daxil olacaq və infrastruktur layihələri və digər milyardlıq investisiyalar vasitəsilə bölgə Amerikanın növbəti ştatı kimi inkişaf etdiriləcək. Bütün bu planlar yalnız Trampın təkliflərinin Qrenlandiya və Avropa tərəfindən qəbulundan sonra mümkündür. Lakin həm Çin, həm Rusiya da Qrenlandiyanı öz təsir dairələrinə salmaq niyyətindədir. Rusiyanın Şimal Dəniz Flotunun dünyaya çıxışını təmin edən Qrenlandiyanı itirməsi onun şimal bölgələrinin ABŞ təsiri altına düşməsi deməkdir. Çin üçün isə Qrenlandiya həm xammal, həm ticarət, həm logistika və nəqliyyat baxımından strateji əhəmiyyət daşıyır. Çin və Rusiya Qrenlandiya uğrunda planlar hazırlayacaq və Trampın fəaliyyəti buna mane olsa da, bir səhər oyanıb görsək ki, rus və Çin hərbi birləşmələri Qrenlandiyada yerləşib, heç də təəccüblənməməliyik”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər