15:11
9°C
Bakı
ABŞ Prezidenti Donald Trampın maraqlı bir fotosu sosial medianın diqqətini çəkib.
Moderator.az xəbər verir ki, bu qeyri-adi paylaşım Ağ Evin rəsmi "X" sosial şəbəkə hesabından edilib.
Fotoda Trampın pəncərədən baxdığı görünür. Maraqlısı odur ki, pəncərənin o biri tərəfində Qrelandiya xəritəsi yerləşdirilib. Yaradıcı kompozisiya ilə ABŞ prezidenti pəncərədən sanki Qrelandiyanın xəritəsinə tamaşa edirmiş kimi təsvir olunub. Paylaşımın altında isə qısa bir çağırış var: "Vəziyyəti izləmək üçün klikləyin".
