Bu il üçün fitrənin məbləği məlum oldu
Dünya
733
12:08, Bu gün

Bu il üçün fitrənin məbləği məlum oldu

Türkiyənin Dini İşlər Ali Şurası 2026-cı ilin Ramazan ayının başlanğıcından 2027-ci ilin Ramazan ayına qədər keçərli olacaq fitrə məbləğini müəyyən edib.

Moderator.az xəbər verir ki, Prof. Dr. Abdurrahman Haçkalının sədrlik etdiyi şura, aktual sosial-iqtisadi vəziyyəti və bir şəxsin günlük minimal qida ehtiyacını analiz edərək, bu ilki fitrə məbləğinin 240 TL (təxminən 9.50 azn) olmasına qərar verib. Bu qərar eyni zamanda gündəlik oruc fidyəsi üçün də keçərlidir.

Şura tərəfindən verilən açıqlamada qeyd olunub ki, bu məbləğ əsas alt hədd sayılır, vətəndaşlar öz həyat standartlarını və günlük qida xərclərini nəzərə alaraq bu məbləğdən artıq da ödəyə bilərlər. İbadətin yerinə yetirilməsində asanlıq üçün müəyyən edilmiş məbləğin nağd pul olaraq verilməsi ilə yanaşı, qida və oxşar vasitələrlə təmənnasız yardım şəklində də çatdırıla biləcəyi bildirilib.

Fitrə ibadətinin ictimai həmrəylik tərəfinə diqqət çəkilən açıqlamada, bunun  Ramazan bayramının birinci günü səhər saatlarında verilməsinin vacib olduğu xatırladılıb. Lakin ehtiyacı olanların bayram hazırlıqlarını tam edə bilməsi və bayram sevincinə ortaq ola bilməsi üçün fitrənin Ramazan ayı ərzində verilməsinin daha münasib olduğu vurğulanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər