Ağ Ev: İran ABŞ nümayəndələri ilə əlaqə saxlayıb
Dünya
300
12 Jan 2026 | 23:45

Ağ Ev: İran ABŞ nümayəndələri ilə əlaqə saxlayıb

İran tərəfi ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla telefon əlaqəsi saxlayıb.

Moderator.az-ın məlumatına görə, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə bildirib.

"İran rəsmilərindən biri xüsusi nümayəndə Uitkoffa ictimaiyyətə açıqlanandan tamamilə fərqli tonda müraciət edib", – Livitt qeyd edib və əlavə edib ki, bu təmaslar barədə daha əvvəl KİV məlumat verib.

"Stiv Uitkoff İranla bağlı diplomatik əlaqələrdə çox mühüm rol oynayacaq", – o vurğulayıb.

Bundan əvvəl "Axios" mənbələrə istinadən xəbər verib ki, İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi elçisi telefon danışığında İslam Respublikasındakı etirazlar fonunda vəziyyəti müzakirə ediblər. Sonradan Əraqçi bəyan edib ki, Tehran Vaşinqtonla öz nüvə proqramı üzrə bərabər şərtlərlə danışıqlara hazırdır.

Tramp isə bazar günü İran nümayəndələri ilə Tehranın nüvə proqramını müzakirə etmək üçün görüş keçirilməsini istisna etməyib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər