Rusiya yaxın vaxtlarda Ukraynaya yeni kütləvi hücumlara başlaya bilər.
Moderator.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna lideri Volodimir Zelenski axşam çıxışında bildirib.
"Kəşfiyyat məlumatları var: rusiyalılar yeni kütləvi hücuma hazırlaşırlar. Hava hücumundan müdafiə və raketləri zəiflətmək üçün dronlar. Onlar soyuqdan istifadə etmək istəyirlər", - Zelenski vurğulayıb.
Zelenski qeyd edib ki, düşmənin yeni hücumu yaxın vaxtlarda baş verə bilər, o, ukraynalıları ayıq-sayıq olmağa çağırıb.
Xatırladaq ki, Rusiyanın Silahlı Qüvvələri son vaxtlar şiddətli soyuq hava şəraitində Ukraynanın enerji obyektlərini hədəfə alıb. Belə ki, Kiyevdə 9 yanvar gecəsi Rusiya qoşunları paytaxtın müxtəlif rayonlarındakı qazanxanaları hədəfə alıb. Yanvarın 12-ə keçən gecə Rusiya qüvvələri yenidən Odessaya hücum edərək, infrastruktura və yaşayış binalarına ziyan vurub. Bir rayonda elektrik enerjisi müvəqqəti olaraq kəsilib.
Prezident bildirib ki, Rusiyanın ölkənin vacib infrastrukturuna zərbələrindən sonra Ukraynanın bir sıra regionlarında vəziyyət çətin olaraq qalır.