03:39
7°C
Bakı
Senator Qraham haqlıdır, Prezident Tramp Obama deyil və onun İrandakı etirazçıları dəstəkləyən sözləri bunu göstərir.
Moderator.az xəbər verir ki, bunu sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi "X" sosial şəbəkəsində respublikaçı senator Lindsi Qrahamın paylaşımına cavab olaraq yazıb.
"İndi hərəkətə keçmək zamanıdır. Prezident fəaliyyət və sülh adamıdır. O, dünyanın indiyə qədər gördüyü ən böyük sülhü gətirmək üçün hərəkətə keçə bilər" , - Pəhləvi qeyd edib.
Onun sözlərinə görə, İran əhalisi çevrilişə hazırdır və bunun üçün ABŞ liderinin dəstəyi kifayətdir. "Belə olan halda minlərlə insan xilas ediləcək və bu, İran üçün Prezident Trampın mirası olacaq" , - o bildirib.