İranın ali rəhbəri Əli Xamenei hökumətə dəstək aksiyalarına görə xalqa təşəkkür edib.
Moderator.az İran mediasına istinadən xəbər verir ki, Xameneinin təşəkkür mesajında İran xalqının düşmənlərə öz əzəmətini göstərdiyi vurğulanıb.
"Bu, Amerika siyasətçilərinə bir xəbərdarlıq idi ki, öz hiylələrini dayandırsınlar və xain muzdlulara arxalanmasınlar", - ali rəhbər bildirib.
Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın sonunda yerli valyutanın - rialın devalvasiyasına görə başlayıb. İlkin olaraq əsas mövzu mübadilə məzənnəsinin kəskin dəyişməsi və bunun topdansatış və pərakəndə qiymətlərə təsiri idi, lakin sonradan ölkənin bir sıra şəhərlərindəki etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Həm təhlükəsizlik qüvvələrinin əməkdaşları, həm də iğtişaşlarda iştirak edənlər arasında ölənlər və xəsarət alanlar var.