İran XİN: Tehran nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır
Dünya
352
12 Jan 2026 | 22:57

İran XİN: Tehran nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır

Tehran nüvə proqramı ilə bağlı danışıqlar masasına qayıtmağa hazırdır, lakin bu, Vaşinqton tərəfindən təzyiq və diktə olmadan baş verməlidir.

Moderator.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına müsahibəsində bildirib.

“Biz nüvə dosyesi üzrə danışıqlar masasına əyləşməyə hazırıq, bir şərtlə ki, bu, təhdidlər və ya diktə olmadan həyata keçirilsin”, - nazir deyib

Eyni zamanda Əraqçi hadisələrin istənilən inkişafına hazır olduqlarını vurğulayıb. Onun sözlərinə görə, əgər Vaşinqton problemin hərbi həlli variantını seçərsə, Tehran buna qarşılıq verməyə hazırdır.

Diplomat qeyd edib ki, İran hazırda 2025-ci ilin iyununda yaşanan eskalasiyadan daha yüksək səviyyədə hərbi qarşıdurmaya hazır vəziyyətdədir.

“Biz bütün variantlara hazırıq və ümid edirik ki, Vaşinqton müdrik seçim edəcək”, – deyə Əraqçi əlavə edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər