Qripəbənzər yeni epidemiya yayıldı - Çox sayda ölən var
Dünya
488
12 Jan 2026 | 22:00

Qripəbənzər yeni epidemiya yayıldı - Çox sayda ölən var

İtaliyada çox sayda insan qripəbənzər simptomlara malik yeni xəstəlik səbəbindən ölüb.

Moderator.az xəbər verir ki, bu barədə "Corriere Fiorentino" qəzeti məlumat yayıb.

Məlumata görə, Kastilyon Fiorentino şəhərində hətta koronavirus pandemiyası dövründə belə bu qədər yüksək ölüm nisbəti qeydə alınmayıb.

Şəhərin meri Mario Anyellinin sözlərinə görə, hazırda burada qəbirlər bir-birinin ardınca qazılır. Qripəbənzər xəstəlik yayıldıqdan bir neçə gün sonra ona yoluxan bir neçə nəfər ölüb.

Mer qeyd edib ki, oxşar vəziyyət qonşu bölgələrdə də baş verir. Aretso əyalətindəki əsas xəstəxanada 17 dəfn mərasimi salonu yaradılıb.

İndiyədək yeni epidemiyanı törədən virus barədə məlumat və onun qurbanlarının dəqiq sayı açıqlanmayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər