Maya Sandu: Referendum olsaydı, Moldovanın Rumıniya ilə birləşməsini dəstəkləyərdim
Dünya
560
12 Jan 2026 | 21:10

Maya Sandu: Referendum olsaydı, Moldovanın Rumıniya ilə birləşməsini dəstəkləyərdim

Moldova Prezidenti Maya Sandu bildirib ki, ölkədə bu məsələ üzrə referendum keçirilsəydi, Moldovanın Rumıniya ilə birləşməsinin lehinə səs verərdi.

Moderator.az xəbər verir ki, Sandu bunu britaniyalı jurnalistlər Rori Stüart və Alaster Kempbellə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Moldovada Rumıniya ilə birləşməni dəstəkləyən çoxluq yoxdur.

Eyni zamanda Sandu qeyd edib ki, vətəndaşların əksəriyyəti Avropa İttifaqına üzvlüyü dəstəkləyir və bu səbəbdən o, "Avropa yolu"nu daha real hesab edir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər