Pakistanda partlayış nəticəsində yeddi polis əməkdaşı ölüb
Dünya
536
12 Jan 2026 | 21:05

Pakistanda partlayış nəticəsində yeddi polis əməkdaşı ölüb

Pakistanın şimal-qərbində yerləşən Tank rayonunda polis avtomobilinə qarşı törədilən partlayış nəticəsində yeddi polis əməkdaşı ölüb.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, uzaqdan idarə olunan partlayıcı qurğunun işə salınması nəticəsində beş polis əməkdaşı hadisə yerində, daha iki nəfər isə xəstəxanada ölüb.

Hücumun məsuliyyətini "Təhriki-Taliban" qruplaşması öz üzərinə götürüb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər