02:24
7°C
Bakı
ABŞ, Türkiyə, Misir və Qətər Qəzza sektoru üzrə sülh planının ikinci mərhələsinin hazırlanmasına həsr olunmuş onlayn görüş keçiriblər.
Moderator.az xəbər verir ki, bu barədə TRT Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən məlumat yayıb.
"Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Qəzza üzrə sülh planının ikinci mərhələsinin hazırlanmasına həsr olunmuş onlayn görüşdə iştirak edib. Dekabr ayının sonunda Mayamidə keçirilən görüşün davamı olan müzakirələrdə həmçinin ABŞ, Misir və Qətərdən olan rəsmi şəxslər iştirak ediblər", - məlumatda bildirilib.