20:45
12°C
Bakı
İsrailin təşviqləri İranda böhrana səbəb ola bilər.
Moderator.az xəbər verir ki, bu fikirləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik bildirib.
Çelik problemlərin yalnız İran hökuməti tərəfindən həll edilməsinin ən doğru addım olduğunu bildirib.
"Qonşumuz İranda xaos görmək istəmirik. Sabitlik region üçün vacibdir. Məsələlərin xarici müdaxilələrlə yox, İran hökumətinin öz iradəsi ilə həll olunması vacibdir. İsrailin İranla bağlı açıqlamaları regionda daha böyük problemlər yaradacaq bir yanaşmanı əks etdirir", - o qeyd edib.