NATO üçün Arktikanın təhlükəsizliyi prioritet olmalıdır.
Moderator.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, Böyük Britaniya və Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələri Qrenlandiyada hərbi mövcudluqlarını artırmağı müzakirə edirlər.
Rusiyanın Ukraynaya “Oreşnik” raketləri ilə hücumu barədə danışan Rutte Rusiyanın NATO-nu Ukraynaya dəstəkdən çəkindirmək istədiyini, lakin blokun bundan vaz keçməyəcəyini vurğulayıb.
“Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Bilirik ki, Macarıstan, ABŞ və digərləri də daxil olmaqla bir neçə müttəfiq Ukraynanın NATO-ya tam üzvlüyünə qarşıdır və ya şübhə ilə yanaşır. Bu, məlumdur. Bu, faktdır”, - Rutte qeyd edib.