Ermənistan Solovyova görə Rusiyaya nota verib
Dünya
608
18:07, Bu gün

Ermənistan Solovyova görə Rusiyaya nota verib

Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Səfirə dövlət telekanalının efirində verilən bəyanatlardan dərin hiddət ifadə edən etiraz notası təqdim olunub.

XİN-in məlumatına görə, dövlət telekanalının proqramının efirində verilən bəyanatların Ermənistan Respublikasının suverenliyinə qarşı qəbuledilməz təcavüz, düşmənçilik təzahürü olduğu və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin təməl prinsiplərini kobud şəkildə pozduğu səfirin diqqətinə çatdırılıb.

Qeyd edək ki, rusiyalı jurnalist Vladimir Solovyov efirdə Ermənistanda “xüsusi hərbi əməliyyat”ın aparılmasının mümkünlüyünü bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər