Rusiya Ukrayanada
Dünya
625
17:59, Bu gün

Rusiya Ukrayanada "Oreşnik" silahı ilə hansı obyektləri vurduğunu açıqlayıb

Rusiya Silahlı Qüvvələri yanvarın 9-da "Oreşnik" ortamənzilli raketləri ilə endirdiyi zərbə nəticəsində Ukraynanın Lvov Dövlət Aviasiya Təmiri Zavodunu sıradan çıxarıb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Oreşnik" silahı ilə Rusiya qüvvələri Ukraynadakı istehsal müəssisələrini, PUA anbarlarını və zavodun aerodromunun infrastrukturunu vurub: "Lvov Aviasiya Təmiri Zavodu Qərb ölkələri tərəfindən Ukrayna Silahlı Qüvvələrinə tədarük edilən F-16 və MiQ-29 təyyarələrinə xidmət göstərirdi".

Həmçinin qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri "İskəndər" və "Kalibr" raketlərindən istifadə edərək hava hücumu ilə Kiyevdəki iki istehsal müəssisəsini vurub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər