Kiprin paytaxtı Nikosiyada Rusiya səfirliyinin əməkdaşı kabinetində ölü tapılıb.
Moderator.az xəbər verir ki, bu barədə ANT1 telekanalı məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə gələn Kipr polisi səfirlik ərazisinə buraxılmayıb və mərhumun cəsədi hüquq-mühafizə orqanlarına diplomatik missiyanın həyətində təhvil verilib.
Məlumata görə, səfirlik nümayəndələri polisə ölümün intihar nəticəsində baş verdiyini, mərhumun vida məktubu qoyduğunu bildiriblər. Həmin məktubun Moskvaya göndəriləcəyi qeyd olunub. Sonradan Rusiya səfirliyinin rəsmi “Telegram” kanalında A.V. Panov adlı əməkdaşın öldüyü və cəsədinin Rusiyaya aparılacağı barədə məlumat yayılıb.
Bu hadisədən bir gün əvvəl isə Kiprdə 56 yaşlı “Uralximiya” şirkətinin sabiq direktoru Vladislav Baumgertner itkin düşüb.