Dekabrın sonundan bəri ölkədə davam edən etirazlar fonunda İran valyutası tarixi rekordunu yeniləyib.
Bu barədə Moderator.az RBC-yə istinadən məlumat verir.
Məlumata görə, yanvarın 12-də "Forex" beynəlxalq bazarında USD/IRR məzənnəsi bir dollar üçün 994 055 İran rialına çatıb.
Yanvarın 9-da pik həddində dollar 1 000 260 riala çatıb. 2025-ci ilin sonunda onun məzənnəsi bir dollar üçün 42 050 İran rialı olub. Beləliklə, bu il "Forex" bazarında dollar İran rialına qarşı 2 278.74% bahalaşıb.
İranın qara bazarında valyuta mübadiləsi məntəqələrində valyuta məzənnələrini göstərən "Bonbast.com" saytının məlumatına görə, yanvarın 6-da rialın məzənnəsi bir dollar üçün 1.4825 milyon İran rialına düşüb. Eyni zamanda, 31 dekabr 2025-ci ildə dollar 1.35 milyon rial dəyərində qiymətləndirilib, noyabrın ortalarında, İranda genişmiqyaslı iğtişaşlardan əvvəl isə dollar valyutadəyişmə məntəqələrində 1.12 milyon rial olub. Yanvarın 12-də məzənnə bir dollar üçün 1.4435 milyon rial təşkil edib.