Ermənistan parlamentinin sədr müavini rusiyalı jurnalist Solovyovu
Dünya
797
17:25, Bu gün

Ermənistan parlamentinin sədr müavini rusiyalı jurnalist Solovyovu "it" adlandırdı

Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan rusiyalı jurnalist Vladimir Solovyovu "it" adlandırıb.

Moderator.az xəbər verir ki, bu barədə R.Rubinyan öz "Facebook" sosial şəbəkə hesabında paylaşım edib.

"İt hürər, karvan keçər. Burada it rusiyalı biznesmen Samvel Karapetyanın yaxın dostu və həmyerlisi Solovyovdur, karvan isə dönməz sülhə və inkişafa doğru irəliləyən sevimli ölkəmizdir", - R.Rubinyan yazıb.

Ermənistan parlamentinin sədr müavini rusiyalı jurnalist Solovyovu it adlandırdı

Xatırladaq ki, Vladimir Solovyov Ermənistanın itirilməsinin Rusiyanın maraqlarına zidd olduğunu və xüsusi hərbi əməliyyatların təkcə Ukraynada yox, Rusiyanın təsir dairəsində olan digər bölgələrdə, xüsusən də Ermənistanda həyata keçirilməsinin zəruri olduğunu bildirmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər