Fransa Silahlı Qüvvələri könüllü hərbi xidmət üçün müraciətlərin qəbuluna başlayıb və sentyabr ayınadək təxminən 3 min nəfərin cəlb olunmasını planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə mətbuat konfransında Fransa Silahlı Qüvvələrinin naziri Katerin Votren məlumat verib.
Nazirin sözlərinə görə, bu gündən etibarən könüllülərin ilk qrupu üçün qəbul açılıb.
“Bu ilk çağırış çərçivəsində 18–25 yaş arası 3 min gənc oğlan və qız Fransa Silahlı Qüvvələrinin sıralarına qəbul ediləcək”, — Votren bildirib.
O qeyd edib ki, 2026-cı il üzrə qəbul əvvəlki illərlə müqayisədə daha gec başladığı üçün müraciət prosesi sadələşdirilib. Namizədlər Müdafiə Nazirliyinin rəsmi saytı, xüsusi telefon xətləri və ya CIRFA ( Fransa Silahlı Qüvvələrinin könüllü hərbi xidmətə qəbul mərkəzləri) qəbul mərkəzləri vasitəsilə müraciət edə bilərlər. Müraciətlərin qəbulu aprel ayınadək davam edəcək, xidmət müddəti isə 10 ay olacaq.
Nazir əlavə edib ki, hər beş çağırışçıdan biri, xüsusi peşə bacarıqları və ya elmi dərəcəsi olanlar strateji sahələr üzrə ixtisaslaşmış tapşırıqlara cəlb ediləcək. Bu sahələrdən biri kimi kibertəhlükəsizlik xüsusilə vurğulanıb.