Pezeşkian da mitinqə qatıldı – FOTO
Dünya
849
16:46, Bu gün

Pezeşkian da mitinqə qatıldı – FOTO

Bu gün İran prezidenti Məsud Pezeşkian ölkəboyu davam edən etirazlara qarşı hakimiyyətin təşkil etdiyi mitinqdə iştirak edib. 

Moderator.az xəbər verir ki, bununla bağlı, “Snn.ir” saytı məlumat yayıb. 

Aksiya İslam Respublikası tərəfindən etirazlara cavab olaraq keçirilib və dövlət qurumlarının dəstəyi ilə təşkil olunub.

İranın hökumətyönlü mediası Pezeşkianın mitinqdə iştirakını geniş şəkildə işıqlandırıb. Rəsmi məlumatlarda bildirilir ki, prezident “sionist rejimin və Amerikanın terror aktlarına qarşı” təşkil edilən aksiyaya qatılıb. Bununla hakimiyyət etirazları xarici qüvvələrlə əlaqələndirməyə çalışıb.

Qeyd edək ki, dekabrın sonlarından etibarən İranın müxtəlif şəhərlərində genişmiqyaslı nümayişlər keçirilir. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirirlər və yaşayış şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Keçmiş şahın oğlu Şahzadə Rza Pəhləvinin rəhbərlik etdiyi xarici müxalifət cümə axşamı günü yeni tətillər və nümayişlər çağırışı edib. 

Hazırki nümayişlər İranda 2022-2023-cü illərdə qadınlar üçün geyim qaydalarını pozduğuna görə əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı fəal Məhsa Əminin ölümündən sonra baş verən iğtişaşlardan bəri ən böyük etirazlardır.


Bundan əlavə, hökumət qüvvələri etirazçılara qarşı odlu silahlardan istifadə edib. Nəticədə yüzlərlə nümayişçinin öldürüldüyü bildirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər