Gürcüstanın keçmiş baş naziri beş il müddətinə həbs edildi
Dünya
829
16:30, Bu gün

Gürcüstanın keçmiş baş naziri beş il müddətinə həbs edildi

Çirkli pulların yuyulmasında ittiham olunan Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili günahını boynuna alıb və beş il müddətinə azadlıqdan məhrum edilib.

Moderator.az xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.

"Gürcüstan Baş Prokurorluğu təqsirləndirilən şəxs İrakli Qaribaşvili ilə günahının etirafı barədə razılığa gəlib. Razılaşmaya əsasən, keçmiş baş nazir Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsi ilə cinayət törətdiyinə görə beş il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin əlavə cəza olaraq 1 milyon lari (370 min dollar) məbləğində cərimə olunub. Qaribaşvili günahını etiraf edir və şərtlərlə razılaşır", - deyə prokurorluqdan bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər