03:22
10°C
Bakı
İran hökuməti iğtişaşlarda həlak olanlar üçün üçgünlük ümummilli matəm elan edib.
Moderator.az xəbər verir ki, müvafiq bəyanat dövlət televiziyası və radiosu tərəfindən yayımlanıb.
Bəyanatda, həmçinin İran Prezidenti Məsud Pezeşkianın matəm mərasiminə qoşulacağı vurğulanır. Vətəndaşlar yanvarın 12-də keçiriləcək milli yürüşdə iştirak etməyə çağırılıb.
Son məlumatlara görə, ölkə daxilində baş verən iğtişaşlarda 500-dən çox insan həlak olub. 490 etirazçı və 48 təhlükəsizlik əməkdaşının öldüyü təsdiqini tapıb.
Bundan əlavə, iki həftə davam edən aksiyalarda 10 600-dən çox insan həbs olunub.