İsrail təyyarələri Livanda bir kəndə beş zərbə endirib
Dünya
796
11 Jan 2026 | 22:28

İsrail təyyarələri Livanda bir kəndə beş zərbə endirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Livanın cənubundakı Səidə şəhərindən 8 kilometr aralıda yerləşən Kfar Hatta kəndində “Hizbullah”a məxsus hərbi hədəflərə hücum edib.
 
APA xəbər verir ki, bu barədə yerli “Al Jadeed” telekanalı məlumat yayıb.
 
Kanalın məlumatına görə, təyyarələr yaşayış kompleksinə azı beş zərbə endirib.
 
Zərbələr zamanı dağıntılar və insan tələfatı ilə bağlı hələ ki, məlumat verilməyib.
Link kopyalandı!
Son xəbərlər