Daha bir ölkədə
Dünya
1051
11 Jan 2026 | 19:36

Daha bir ölkədə "Grok" çatbotu bloklandı

Malayziya hökuməti "xAI" şirkəti tərəfindən hazırlanmış "Grok" süni intellekt çatbotuna girişi müvəqqəti olaraq məhdudlaşdırıb. Buna səbəb çatbotun ədəbsiz və qanunsuz məzmun yaratmaq üçün istifadə edilməsi olub.

Moderator.az xəbər verir ki, bu barədə "The Star" qəzeti ölkənin Rabitə və Multimedia Komissiyasının bəyanatına istinadən məlumat verib.

Komissiya qeyd edib ki, çatbot dəfələrlə pornoqrafik, təhqiramiz və icazəsiz dəyişdirilmiş şəkillər, o cümlədən yetkinlik yaşına çatmayanların şəkillərini yaratmaq üçün istifadə olunub.

Komissiya məhdudiyyətlərin müvəqqəti olduğunu və əsasən qanunsuz məzmunun görünməsinin qarşısını almağa yönəlmiş güclü qoruyucu mexanizmlər tətbiq olunana qədər qüvvədə qalacağını bildirib.

Xatırladaq ki, bundan əvvəl İndoneziya hökuməti "Grok"un ölkə ərazisində işini eyni səbəblərdən bloklayıb.

Link kopyalandı!
Son xəbərlər