Pezeşkian xalqa müraciət edəcək - Gözlər TEHRANDA
Dünya
1093
15:56, Bu gün

Pezeşkian xalqa müraciət edəcək - Gözlər TEHRANDA

İran prezidenti Məsud Pezeşkian bu gün axşam saatlarında ölkədə yaranmış gərgin vəziyyət fonunda xalqa televiziya ilə müraciət edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
 
Məlumatda bildirilir ki, ölkədəki gərgin vəziyyət fonunda dövlət başçısının cari daxili və xarici siyasət məsələlərinə toxunacağı gözlənilir.
 
Bununla yanaşı, Pezeşkianın İranın xarici siyasət kursu, beynəlxalq təzyiqlər, sanksiyalar və regionda baş verən geosiyasi proseslərlə bağlı da açıqlamalar verəcəyi istisna edilmir. 
 
Qeyd edək ki, son günlər İranda həm daxili etiraz dalğaları, həm də xarici təhlükəsizlik riskləri ilə bağlı xəbərlər intensivləşib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər