Bizi sosial şəbəkələrdən izləyin:
İranın hüquq-mühafizə orqanları ölkənin müxtəlif bölgələrində baş verən etiraz aksiyaları fonunda əməliyyatları davam etdirir. Son məlumatlara görə, Mazandaran və Fars əyalətlərində çox sayda insan saxlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Mazandaran əyalətində son günlər ərzində müxtəlif şəhərlərdə keçirilən əməliyyatlar zamanı asayişi pozmaqda və iğtişaş törətməkdə şübhəli bilinən bir qrup şəxs müəyyən edilərək həbs olunub. Rəsmi açıqlamada həmin şəxslər "özünü satmış ünsürlər" və "təxribatçılar" kimi qələmə verilib.
Paralel olaraq, Fars əyalətinin polis idarəsi Şiraz şəhərində də həbslərin həyata keçirildiyini bəyan edib. Polisdən verilən məlumata görə, şəhərdə ictimai asayişi pozan, dövlət binalarına və vətəndaşların şəxsi əmlakına zərər vuran, eləcə də dağıntılar törədən qruplar saxlanılıb.
Hər iki bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.