İranın Milandakı konsulluğunun lövhəsi söküldü
Dünya
2556
11 Jan 2026 | 12:43

İranın Milandakı konsulluğunun lövhəsi söküldü

İtaliyada yaşayan iranlılar ölkələrinin Milandakı konsulluğunun lövhəsini sökərək yerinə İslam inqilabından (1979-cu il -Qeyd) əvvəlki, üzərində "Aslan və Günəş" simvolu olan bayrağı qaldırıblar.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
 
Yanvarın 10-da baş verən hadisənin iştirakçıları bununla İrandakı etirazlara həmrəylik nümayiş etdiriblər.
 
Qeyd edək ki, həmin gün Londonda etirazçılardan biri səfirliyin binası üzərindəki İran bayrağını endirib.
Link kopyalandı!
Son xəbərlər