Bizi sosial şəbəkələrdən izləyin:
Yəmənin hökumət qüvvələri ölkənin cənubunda, o cümlədən müvəqqəti paytaxt Ədən, Həzrəmövt və Əl-Məhra əyalətlərindəki hərbi obyektlərə nəzarəti tam bərpa edib.
Moderator.az xəbər verir ki, bu barədə SABA agentliyi məlumat yayıb.
Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi xalqa müraciətində əməliyyatın uğurla başa çatdığını bildirib. O qeyd edib ki, bu qətiyyətli addımlar güc nümayişi üçün yox, vətəndaşların təhlükəsizliyi və dövlətçiliyin qorunması naminə atılıb.
Həmçinin, husilərin sülh danışıqlarından imtina etmə ehtimalına qarşı Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yeni Ali Hərbi Komitə yaradılıb.
Separatçıları (Cənub Keçid Şurası) silahı yerə qoymağa və dövlətə birləşməyə çağıran əl-Əlimi, qarşıdurmalarda zərərçəkən mülki şəxslərə kompensasiya ödənilməsi və yaralılara tibbi yardım göstərilməsi barədə sərəncam imzalayıb.