Bizi sosial şəbəkələrdən izləyin:
Fransanın cənub-şərqindəki Savoya departamentinin Val-d'İzer və Areş-Bofor dağ-xizək kurortlarında baş verən qar uçqunları nəticəsində üç xizəkçi həlak olub.
Moderator.az bu barədə BFMTV telekanalına istinadən xəbər verir.
Bildirilir ki, bir xizəkçi Areş-Boforda müəyyən edilmiş xizək zolağından kənarda sürərkən həlak olub, onunla birlikdə olan digər şəxs isə ağır kəllə-beyin travması alıb.
İkinci uçqun Val-d'İzerdə baş verib və burada iki nəfər 2.5 metr qar kütləsinin altında qalıb. Telekanal qeyd edib ki, xilasedicilər xizəkçilərin yerini telefon siqnallarının izlənilməsi vasitəsilə müəyyən edə biliblər. Hər iki turist kritik vəziyyətdə tapılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.