Bizi sosial şəbəkələrdən izləyin:
Belçikanın müdafiə naziri Teo Franken ölkəsinin gələcəkdəki müharibələrə hazır olmadığını bildirib və bu istiqamətdə hazırlıqların vacibliyini vurğulayıb.
Moderator.az xəbər verir ki, bu barədə nazir "Libre" qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, Belçika pilotsuz uçuş aparatları, robotlar və süni intellektdən istifadə olunan müasir müharibə formatına hazır deyil. Franken qeyd edib ki, bu, təkcə dronlarla məhdudlaşmır.
“Bu, həm də robototexnika, məlumatların inteqrasiyası, pilotsuz sistemlər, kvant kompüterləri ilə bağlıdır. Biz gələcəyin müharibəsinə hazır olmalıyıq. Hazırda isə buna hazır deyilik”, – deyə müdafiə naziri bildirib.