Bizi sosial şəbəkələrdən izləyin:
Yaponiyanın şimal-şərqində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri İvate prefekturası ərazisində yerləşib, ocaq 60 km dərinlikdə olub.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Hadisədən sonra qısa müddətlik sunami təhlükəsi elan edilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv olunub.