Bizi sosial şəbəkələrdən izləyin:
Taylandın cənub bölgələrində silahlılar neft-qaz şirkəti PTT-yə məxsus 11 yanacaqdoldurma məntəqəsində partlayışlar törədib və yanğınlar çıxarıb.
Moderator.az xəbər verir ki, bu barədə "One 31" telekanalı məlumat yayıb.
Məlumata görə, yanvarın 11-də Narathivat, Pattani və Yala əyalətlərində bir-biri ilə əlaqəli partlayışlar və hücumlar baş verib. Hadisə nəticəsində bir polis əməkdaşı xəsarət alıb. Müvfiq qurumlar hücumların nəticələrinin aradan qaldırılmasına başlayıb, təhlükəsizlik qüvvələri isə gücləndirilmiş rejimə keçirilib.
Yerli hakimiyyət orqanları insidentlə bağlı araşdırma aparır.