Porno ulduzlar bunu alimlərin əlindən aldı - Hər kəs ŞOKDA
Dünya
566
08:03, Bu gün

Porno ulduzlar bunu alimlərin əlindən aldı - Hər kəs ŞOKDA

ABŞ-da bir vaxtlar Con Lennon kimi sənət adamları üçün nəzərdə tutulan O-1B “istedad vizası” bu gün tam fərqli auditoriyanın nəzarətinə keçib. Financial Times-ın araşdırmasına görə, OnlyFans modelləri və iri bloqerlər bu viza üçün edilən müraciətlərin 50–65 faizini təşkil edir.
 
Moderator.az musavat.com-a istinadla xəbər verir ki, immiqrasiya üzrə hüquqşünasların fikrincə, sistem “rəqəmlərə daha asan ölçüldüyü” üçün faktiki olaraq inflyuenserlərin xeyrinə işləməyə başlayıb. Belə ki:
 
Ayda 250 min dollar gəlir — “kommersiya uğuru” sayılır;
 
Milyonlarla ödənişli abunəçi — “geniş ictimai tanınma” kimi qəbul edilir;
 
Brend əməkdaşlıqları — “prestijli layihələrdə iştirak” kimi sənədləşdirilir.
 
Ekspertlər bildirir ki, bu yanaşma ABŞ üçün də maliyyə baxımından sərfəlidir: yüksək gəlirli model və ya bloqer alimdən daha çox vergi ödəyir, qazandığı pullar isə ölkə daxilində xərclənərək daxili tələbi stimullaşdırır.
 
Nəticədə paradoks yaranır: elmi dərəcəsi olan alim üçün “ekstraordinarlığını” sübut etmək, böyüklər üçün kontent istehsal edən inflyuenserdən daha çətin hala gəlib.
 
Bazar artıq öz hökmünü verib: fundamental elmdən çox, “tənhalıq hissi ilə mübarizə aparan kontent” daha dəyərli hesab olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər