X İranın bayrağını dəyişdi: Şahlıq dövrünün bayrağı istifadə olundu
Dünya
3644
11 Jan 2026 | 00:21

X İranın bayrağını dəyişdi: Şahlıq dövrünün bayrağı istifadə olundu

ABŞ mərkəzli sosial media platforması X veb versiyasında istifadə edilən İran bayrağını 1979-cu il İnqilabından əvvəl mövcud olmuş “Aslan və Günəş” simvollu bayraqla əvəzləyib.

Moderator.az xibir verir ki, X platforması bir istifadəçinin müraciəti əsasında veb interfeysində yer alan İran bayrağı emojisini yeniləyərək, şah rejimi dövründə istifadə olunan tarixi bayrağı aktiv edib.

X platformasının meneceri Nikita Bier, İran bayrağı emojisinin dəyişdirilməsi ilə bağlı sorğuya cavab olaraq bildirib ki, platformada mövcud olan indiki İran bayrağı 1979-cu il İnqilabından əvvəl istifadə edilən “Aslan və Günəş” bayrağı ilə əvəz olunacaq.

 

Xatırladaq ki, İranda 28 dekabr 2025-ci il tarixində yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və ağır iqtisadi problemlər səbəbilə Tehranın Böyük Bazarında başlayan etirazlar qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb. Etirazlar zamanı ölən və yaralananlarla bağlı rəsmi açıqlama verilməsə də, İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyi (HRANA) 9 yanvar tarixində (etirazların 13-cü günündə) yayımladığı hesabatda 15-i təhlükəsizlik əməkdaşı olmaqla ümumilikdə 65 nəfərin həyatını itirdiyini, onlarla insanın yaralandığını və 2 min 311 nəfərin saxlanıldığını açıqlayıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər