18:18
11°C
Bakı
Rumıniyanın mərkəzində yerləşən Mureş əyalətində hərəkət edən avtobusda yanğın baş verib.
Moderator.az xəbər verir ki, hadisə barədə Rumıniya Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Baş İdarəsi məlumat yayıb.
İdarədən bildirilib ki, Sigişoara yanğınsöndürmə bölməsinin iki dəstəsi və bir təcili yardım maşını hadisə yerinə cəlb olunub. Avtobusda 47 sərnişin olub.
Məlumatlara görə, yanğın zamanı heç kim xəsarət almayıb, sərnişinlər vaxtında avtobusdan çıxıb. Avtobusdakı sərnişinlər arasında xaricdə işə gedən əmək miqrantları da olub. Nəticədə nəqliyyat vasitəsi tamamilə yanaraq məhv olub.
İlkin ehtimala görə, yanğın avtobusun texniki nasazlığı səbəbindən baş verib.
Yanğının səbəbini dəqiq müəyyən etmək üçün araşdırma aparılır.
(Publika.az)