Suriyada silahlılar ABŞ ordusunun bazasına hücum ediblər
Dünya
839
10 Jan 2026 | 21:10

Suriyada silahlılar ABŞ ordusunun bazasına hücum ediblər

Hələbin müəyyən ərazilərində məhdud təhlükəsizlik əməliyyatı hərbi kampaniya deyil və etnik, yaxud da dini azlıqlara qarşı yönəlməyib.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
 
Bəyanata görə, Suriya hökuməti Hələbin müəyyən ərazilərində qanun və qaydanı təmin etmək üçün məhdud əməliyyat keçirib. Bu tədbirlər kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyası ilə əldə edilmiş razılaşmaların dəfələrlə pozulmasından sonra ictimai asayişi bərpa etmək və mülki əhalini qorumaq üçün görülüb.
 
Xatırladaq ki, 9 yanvar gecəsi Suriya keçid hökumətinin Müdafiə Nazirliyi Hələbdə atəşkəs elan edib. Razılaşmaya əsasən, kürd qüvvələri yalnız şəxsi yüngül silahlarını götürərək Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeyd rayonlarını tərk etməli idilər. Suriya ordusu da öz növbəsində onların təhlükəsiz şəkildə geri çəkiləcəyinə zəmanət verib. Lakin bəzi SDQ döyüşçüləri mövqelərini təslim etməkdən imtina edib və atəşkəsi pozaraq hökumət qüvvələrinə atəş açıblar.
 
Bununla yanaşı, SDQ və PKK-nın yerli qolu olan YPG tərəfdarları Haseke şəhərindəki ABŞ ordusunun bazasına hücum ediblər.
 
Həmçinin, SDQ-nin kürd silahlıları Hələb şəhər meriyasına kamikadze dronu ilə hücum ediblər. Zərbə Hələb qubernatoru binanın içərisində informasiya naziri və sosial işlər naziri ilə mətbuat konfransı keçirərkən baş verib.
 
Son məlumatlara görə, kürd koalisiyasının atəşi nəticəsində şəhərdə mülki şəxslər arasında ölənlərin sayı 23-ə çatıb və azı 104 nəfər yaralanıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər