Tehran və İrəvan arasında reyslər ləğv edilib
Dünya
1570
10 Jan 2026 | 19:20

Tehran və İrəvan arasında reyslər ləğv edilib

Tehran-İrəvan və əks istiqamətdə aviareyslər İrandakı etirazlar fonunda ləğv edilib.
 
Moderator.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə "Zvartnots" aeroportunun mətbuat xidməti məlumat yayıb.
 
Məlumata görə İran paytaxtından reys İrəvan vaxtı ilə saat 17:15-də enməli idi. Tehran istiqamətində olan təyyarə isə saat 18:15-də uçmalı idi.
 
İranda etirazlar 2025-ci ilin dekabrın sonunda yerli valyutanın - İran rialının devalvasiyasına görə başlayıb. İlkin olaraq əsas mövzu mübadilə məzənnəsinin kəskin dəyişməsi və bunun topdansatış və pərakəndə qiymətlərə təsiri idi, lakin sonradan ölkənin bir sıra şəhərlərindəki etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Həm təhlükəsizlik qüvvələri, həm də iğtişaşlarda iştirak edənlər arasında qurbanların olduğu bildirilir.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər