Rusiya Ermənistana 1000 ton şəkər göndərir – Azərbaycan üzərindən...
Dünya
754
10 Jan 2026 | 18:58

Rusiya Ermənistana 1000 ton şəkər göndərir – Azərbaycan üzərindən...

Rusiya Ermənistana 1000 ton şəkər göndərəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
 
Məlumata əsasən, məhsul partiyasının yaxın günlərdə dəmir yolu ilə göndərilməsi planlaşdırılır və yük Azərbaycan ərazisindən tranzitlə daşınacaq.
 
Qeyd olunur ki, bu, regionda tranzit-logistika əməkdaşlığının növbəti nümunəsidir.
 
Xatırladaq ki, ötən ilin noyabrında da Ermənistana Rusiya və Qazaxıstandan buğda partiyası məhz Azərbaycan üzərindən çatdırılmışdı.
 
Link kopyalandı!
Son xəbərlər