Bizi sosial şəbəkələrdən izləyin:
Şiddətli fırtına səbəbindən Çanaqqala boğazında gəmilərin hərəkəti tamamilə dayandırılıb.
Moderator.az İHA-ya istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti səbəbindən Bozcaada və Gökçeada bölgəsinə bərə xidmətləri ləğv edilib.
Dünən Meteorologiya İdarəsi Çanaqqala üçün fırtına xəbərdarlığı edib, cənub və qərbdən gələn güclü küləyin saatda 50-75 kilometrə, bəzi yerlərdə isə hətta saatda 80-90 kilometrə çatacağını bildirib. Hava şəraiti ilə bağlı saat 12:45-də həm şimal, həm də cənub istiqamətlərindən gəmilərin hərəkətini dayandırmaq qərarı verilib.
Şimali Egey dənizindəki əlverişsiz hava şəraiti səbəbindən Geyikli-Bozcaada bütün səfərlər və Kabatepe-Gökçeada marşrutu üzrə bəzi səfərlər ləğv edilib.