14:04
11°C
Bakı
İranın Xorasan bölgəsində təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı öldürülüb.
Moderator.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, Məşhəd şəhərində ümumilikdə 7 təhlükəsizlik qüvvəsi etirazçılar tərəfindən qətlə yetirilib.
Qeyd edək ki, İranda ümumxalq etirazlarında ən azı 65 nəfər, o cümlədən 7 yeniyetmə öldürülüb, etirazlarda yüzlərlə insan yaralanıb.
Xatırladaq ki, İranın paytaxtı Tehranda və ölkənin digər bölgələrində kütləvi etiraz aksiyaları 13 gündür davam edir.