ABŞ Dövlət Departamenti: İran etirazları yatırtmaq üçün Hizbullah üzvlərindən istifadə edir
Dünya
1211
10 Jan 2026 | 15:50

ABŞ Dövlət Departamenti: İran etirazları yatırtmaq üçün Hizbullah üzvlərindən istifadə edir

İran etirazları yatırtmaq üçün Hizbullah və İraqdakı silahlı qruplaşmaların üzvlərindən istifadə edir.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin farsdilli “X” hesabında bildirilib.

“İslam Respublikasının rejiminin dinc etirazları yatırtmaq üçün Hizbullah və İraqdakı qruplaşmaların terrorçularından istifadə etməsi ilə bağlı hesabatlar Birləşmiş Ştatlarda narahatlıq doğurur. Bu rejim İran xalqına məxsus milyardlarla dolları terrorçu proksilərə sərf edib. Həmin qüvvələrdən öz vətəndaşları əleyhinə istifadə etmək isə İran xalqına daha bir dərin xəyanət olacaq”, - Dövlət Departamentinin açıqlamasında qeyd edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər