İranda SEPAH generalının oğlu ÖLDÜRÜLDÜ
Dünya
770
10 Jan 2026 | 15:20

İranda SEPAH generalının oğlu ÖLDÜRÜLDÜ

İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirlərindən biri olan general Nurəli Şuştarinin oğlu Fərəcullah Şüştarinin ölümü barədə məlumat yayıb. Hadisə Məşhəd şəhərində baş verib.

Bu barədə Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən məlumat yayıb.

SEPAH-a yaxın olan "Tasnim News" Fərəcullah Şüştarinin etirazçılar tərəfindən öldürüldüyünü iddia edir. Lakin bu iddiaları dəstəkləyən heç bir rəsmi sənəd və ya dəlil təqdim edilməyib.

"Tasnim" birbaşa məsuliyyəti etirazçıların üzərinə qoysa da, ölümün təfərrüatı və səbəbi açıqlanmır.

Qeyd olunur ki, Fərəcullah Şüştari əvvəllər Semnan əyalətinin siyasi və təhlükəsizlik məsələləri üzrə qubernator müavini vəzifəsində çalışıb.

Link kopyalandı!
Son xəbərlər